- Dünyanın halı
- 16 Noyabr 2019 18:51
- 1 689
Hindistanda quşlarla toqquşan qırıcı qəzaya uğradı
Pilotlar xilas olub
Hindistanda “MiG-29K” qırıcı təyyarəsi uçuşdan qısa müddət sonra quş sürüsü ilə toqquşduğuna görə qəzaya uğrayıb.
“TASS” xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi açıqlama verib.
“Bu gün günorta saatlarında, müntəzəm təlim uçuşu zamanı iki yerlik “MiG-29K” qırıcısı Qoadakı Dabolim bölgəsindəki Hərbi Dəniz Qüvvələrinin “Hansa” aviabazasından havaya qalxdıqdan sonra quş sürüsü ilə toqquşub”.
Məlumata görə, pilotlar xilas olub.(report.az)
AzNews.az