Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo tərəfindən verilən açıqlamada bildirilib Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo tərəfindən verilən açıqlamada bildirilib

ABŞ Kubanın daxili işlər nazirinə qarşı sanksiya tətbiq edib

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo tərəfindən verilən açıqlamada bildirilib

ABŞ hökuməti Kubanın daxili işlər naziri Xulio Sesar Qandarillaya qarşı sanksiya tətbiq edir.

“TASS” agentliyi xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo tərəfindən verilən açıqlamada bildirilib.

Pompeonun sözlərinə görə, Vaşinqton nazirin adını onun “Venesuelada insan hüquqlarının kobud şəkildə pozulmasında” iştirak etdiyini düşündüyü üçün sanksiya siyahısına daxil edilib.

ABŞ hakimiyyət orqanlarının nöqteyi-nəzərindən Kuba DİN rəhbəri “minlərlə Kuba vətəndaşının qanunsuz tutulmasına, həbsinə və Kubada yüzdən çox siyasi məhbusun qanunsuz saxlanılmasına görə məsuliyyət daşıyır”. (apa)