Bu münasibət Cənubi Kiprdə baş verənlərin yunan tərəfindən rəsmi dəstəklənməsidir Bu münasibət Cənubi Kiprdə baş verənlərin yunan tərəfindən rəsmi dəstəklənməsidir

Şimali Kiprin bayrağı yandırıldı - Türkiyə Cənubi Kiprə etiraz etdi

Bu münasibət Cənubi Kiprdə baş verənlərin yunan tərəfindən rəsmi dəstəklənməsidir

Kipr Sülh Hərəkatının 36-cü ildönümü ərəfəsində adanın yunan tərəfində Şimali Kiprin (ŞK) bayrağının yandırılmasını qətiyyətlə pisləyir və bu məsələdə ŞK-in rəsmi mövqeyini dəstəkləyirik.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verilir ki, bu fikir Şimali Kipr bayrağının adanın yunan tərəfində yandırılması ilə bağlı açıqlamada əks olunub.

Təəssüflə qeyd olunur ki, Cənubi Kipr rəhbərliyi törədilən xoşagəlməz və nifrət yaradan hadisəni qınamayıb. Bu münasibət Cənubi Kiprdə baş verənlərin yunan tərəfindən rəsmi dəstəklənməsidir.

Bildirilir ki, BMT-nin baş katibinin son hesabatında da qeyd edildiyi kimi Yunan Kipri və Yunanıstan tərəflərinin adadakı gərginliyi daha da sərtləşdirən hərəkətdən çəkinəcəklərini gözləyirik.

AzNews.az