Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib

Çində 4,5 bal gücündə zəlzələ oldu

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib

Çinin şimal hissəsindəki Xıbey vilayətində dekabrın 5-də yerli vaxtla səhər 8:02-də (Bakı vaxtı ilə 4:02) 4,5 bal gücündə zəlzələ olub.

Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verilir ki, Pekindən 175 kilometr məsafədə yerləşən Tanşan şəhərində qeydə alınan yeraltı təkanlar paytaxtda da hiss olunub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

AzNews.az