ABŞ lideri yenə feyk xəbərlərdən danışdı ABŞ lideri yenə feyk xəbərlərdən danışdı

Tramp Səudiyyə Ərəbistanı ilə bağlı yayılmış xəbərləri təkzib etdi

ABŞ lideri yenə feyk xəbərlərdən danışdı

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına 12 min hərbçini göndərməyəcəyini bildirib.

AzNews.az-ın məlumatına əsasən, bu barədə Amerika lideri özünün “Twitter” səhifəsində yazıb.

“Bizim Səudiyyə Ərəbistanına 12 min hərbçi yollayacağımızla bağlı bu günlərdə yayılmış xəbərlər yalandır və ya daha dəqiq desək, feyk xəbərlərdir!” – deyə Tramp yazıb.

Xatırladaq ki, bir müddət öncə “Fox News” bildirmişdi ki, Pentaqon Yaxın Şərqə İranla qarşıdurma üçün 7 minə qədər hərbçi yollaya bilər.

AzNews.az