Sanksiyalar siyahısına daxil edilən hərbçilər İranla əlaqəlidir Sanksiyalar siyahısına daxil edilən hərbçilər İranla əlaqəlidir

ABŞ İraq rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə bilər

Sanksiyalar siyahısına daxil edilən hərbçilər İranla əlaqəlidir

ABŞ İraq rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə bilər.

RİA “Novosti” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin yaxın şərq məsələləri üzrə köməkçisi David Şenker keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, buna səbəb ölkədə davam edən etiraz aksiyaları fonunda insan haqlarının pozulmasıdır: “Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İraqda fəaliyyət göstərən və dinc etirazçılara atəş açan, onlarla günahsız dinc etirazçının ölümünə səbəb olan, üç ordu rəhbərinin adını sanksiya siyahısına daxil edib”.

Onun sözlərinə görə, sanksiyalar siyahısına daxil edilən hərbçilər İranla əlaqəlidir.

“Biz hökumətdə olmasından asılı olmayaraq, insan hüquqlarını pozan şəxslərə qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik. İnsan hüquqlarını pozursanız və etirazlara şiddətlə cavab verərsinizsə, sizə qarşı sanksiyalar tətbiq edəcəyik”. (report)

AzNews.az