Bu barədə cümə günü “Al Arabiya” məlumat yayıb Bu barədə cümə günü “Al Arabiya” məlumat yayıb

Bağdadda naməlum silahlılar azı 16 aksiya iştirakçısını öldürüb

Bu barədə cümə günü “Al Arabiya” məlumat yayıb

Bağdadda naməlum silahlıların etirazçılara qarşı silahlı hücumu nəticəsində azı 16 aksiya iştirakçısı ölüb, 30-dan çox insan isə yaralanıb.

“TASS” xəbər verir ki, bu barədə cümə günü “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilyani meydanına qədər gələrək oradakı etirazçılara atəş açıblar. Rəsmi mənbələr 7 nəfərin öldüyünü və 30-a yaxın yaralının olduğunu bildirib. Təxribatın arxasında kimin dayandığı hələlik məlum deyil.

“Al Arabiya”nın məlumatına görə, etirazçılar ordunu baş verənlərə müdaxiləyə və onları müdafiə etməyə çağırıb.

Buna qədər “Reuters” agentliyi 6 nəfərin ölməsi barədə xəbər vermişdi. Bildirilirdi ki, hadisə Bağdadın mərkəzindəki Təhrir meydanında baş verib. (apa)

AzNews.az