Amerika administrasiyasının vəkili demokratların növbəti dəvətini “tamamilə əsassız” adlandırıb Amerika administrasiyasının vəkili demokratların növbəti dəvətini “tamamilə əsassız” adlandırıb

Ağ Ev nümayəndələri impiçment dinləmələrində yenidən iştirak etməyəcək

Amerika administrasiyasının vəkili demokratların növbəti dəvətini “tamamilə əsassız” adlandırıb

Ağ Evin nümayəndələri konqresə növbəti həftə, 9 dekabr tarixində ölkə prezidenti Donald Trampın impiçmenti üzrə Nümayəndələr Palatasının hüquq komitəsində keçiriləcək dinləmələrdə iştirak etməyəcəkləri barədə məlumat veriblər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Evin vəkili Pet Çipollonun komitənin rəhbəri Cerrold Nadlerə ünvanladığı məktuba istinadən məlumat yayıb.

Bundan əvvəl Nadler Ağ Evin nümayəndələrinə 4 dekabr tarixində prezident Donald Trampın impiçmenti üzrə Nümayəndələr Palatasının hüquq komitəsində keçirilən dinləmələrində iştirak etməklə bağlı dəvət göndərib. Növbəti dinləmələr 9 dekabrda keçiriləcək. Bununla da Nadlerin ikinici dəvəti də imtina ilə cavabladırılıb.

Amerika administrasiyasının vəkili demokratların növbəti dəvətini “tamamilə əsassız” adlandırıb:

“Biz orada iştirak etmək üçün heç bir səbəb görmürük, çünki proses ədalətsizdir ... Bizə prosesdə bərabər iştirak etmək imkanı verilməyib. Spiker əvvəlcədən təyin edilən nəticəni elan etdi və onlar (Demokratlar - red) bizə hər hansı bir şahid çağırmaq fürsəti verməyəcək” məktubda deyilir.