Cəmiyyət sərnişinlərə mümkün olduqca səfərləri təxirə salmağı və ya yenidən planlaşdırmağı tövsiyə edir Cəmiyyət sərnişinlərə mümkün olduqca səfərləri təxirə salmağı və ya yenidən planlaşdırmağı tövsiyə edir

Fransada qatarların hərəkəti tətillər səbəbindən məhdudlaşdırılacaq

Cəmiyyət sərnişinlərə mümkün olduqca səfərləri təxirə salmağı və ya yenidən planlaşdırmağı tövsiyə edir

Fransada dəmiryolçuların davam edən kütləvi tətilləri səbəbindən bu həftəsonu ölkədə qatarların yalnız 10-15%-i işləyəcək. Fransa dəmir yollarındakı mövcud vəziyyət 9 dekabr tarixində də kifayət qədər çətin olacaq.

“TASS” agentliyi xəbər verir ki, bu barədə Fransa Milli Dəmir Yolları Cəmiyyətinin cümə günü yaydığı bəyanatda deyilir.

“Tətil səbəbindən şənbə və bazar günlərində bütün xətlərdə qatarların hərəkəti pozulmağa davam edəcək”, - deyə kommünikedə bildirilir.

Cəmiyyət sərnişinlərə mümkün olduqca səfərləri təxirə salmağı və ya yenidən planlaşdırmağı tövsiyə edir. (apa)

AzNews.az