Kütləvi davada 15-18 yaşlı bir neçə gənc iştirak edib Kütləvi davada 15-18 yaşlı bir neçə gənc iştirak edib

Ermənistanda gənclər arasında kütləvi dava olub, bıçaqlanan var

Kütləvi davada 15-18 yaşlı bir neçə gənc iştirak edib

Ermənistanın paytaxtı Yerevanda gənclər arasında xəsarətlə nəticələnən kütləvi dava olub.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, kütləvi davada 15-18 yaşlı bir neçə gənc iştirak edib. Dava zamanı 16 yaşlı Artak B. bıçaq xəsarəti alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən davada iştirak etməkdə şübhəli bilinən 15 yaşlı Qrant P. və Krist Q, 17 yaşlı Suren S. və Arsen K, 17 yaşlı Sergey D, 16 yaşlı Edmon O. və Robert Q, habelə Erik N. habelə digər şəxslər saxlanılıblar. Qeyd edilir ki, daha bir gənc polisə könüllü təslim olub.

AzNews.az