Hər iki ölkə bu barədə bir-birinin ardınca açıqlamalar vermişdi Hər iki ölkə bu barədə bir-birinin ardınca açıqlamalar vermişdi

Liviyalı xəlifə Türkiyəni hədələdi: Gəmilərinizi batıracağam

Hər iki ölkə bu barədə bir-birinin ardınca açıqlamalar vermişdi

"Türk axtarış gəmiləri çatan kimi onları batıracağam"

AzNews.az xəbər verir ki, bu sözləri Liviyanın şərqini nəzarət altında saxlayan və Türkiyəni düşmən olaraq tanıyan xəlifə Haftarin rəhbərlik etdiyi dəniz donanmasının komandiri Fərəc əl-Məhdəvi yunan mediasına açıqlamasında deyib.

Əl-Məhdəvi bu haqda ona Haftar tərəfindən göstəriş verildiyini bildirib.

Xatırladaq ki, Türkiyə ilə Liviya arasında Aralıq dənizində kəşfiyyat, qazıntı işlərinin aparılması ilə bağlı memorandum imzalanıb.

Əldə olunan razılaşma Yunanıstan və Kipr tərəfindən narahatlıqla qarşılanmışdı. Hər iki ölkə bu barədə bir-birinin ardınca açıqlamalar vermişdi.

Yunanıstan Liviya səfirini müqavilə barədə məlumat vermədiyi üçün ölkədən deportasiya edib, məsələ ilə bağlı BMT-yə müraciət etmişdi.

Pərvanə

AzNews.az