Maraqlı siyahıdır Maraqlı siyahıdır

Ən güclü Hərbi Dəniz Donanması olan ölkələrin reytinqi hazırlandı

Maraqlı siyahıdır

ABŞ-ın “The National Interest” jurnalı ən güclü Hərbi Dəniz Donanması olan ölkələrin reytinqini tərtib edib.

Siyahıya ABŞ liderlik edir. Ölkənin 10 aviasiyadaşıyıcısı, 9 desant gəmisi, 22 kreyser, 62 esminets, 17 freqat və 72 sualtı qayığı var. Bundan başqa, amerikalı hərbçilər Sakit, Atlantik, Hind okeanlarında, həmçinin Aralıq dənizində və Fars körfəzində yerləşə bilərlər. Qeyd edilir ki, ABŞ HDQ-də 109 min nəfər xidmət göstərir.

Siyahıda ikinci yeri 130 hərbi gəmisi (aviasiyadaşıyıcısı, üç desant gəmisi, 25 esminets, 42 friqat, 8 atom və 52 dizel sualtı qayıq) sayəsində Çin tutub.

Üçüncü mövqedə isə Rusiya qərarlaşıb. Ölkənin Hərbi Dəniz Qüvvələrinin ixtiyarında təyyarə daşıyıcısı, beş kreyser, 13 esminets və 52 sualtı qayıq olmaqla 79 böyük gəmi var.
İlk beşliyi Böyük Britaniya (33,4 min hərbçi, üç böyük desant gəmisi, 19 freqat və esminets, 7 atom sualtı qayığı və ballistik raketləri olan dörd sualtıqayıq) və Yaponiya (46 esminets olmaqla 114 gəmi) qapayır.

AzNews.az