Hazırda onların “Wellington” gözətçi gəmisinə daşınması əməliyyatı keçirilir Hazırda onların “Wellington” gözətçi gəmisinə daşınması əməliyyatı keçirilir

Yeni Zelandiya: Ağ Adada həlak olan daha 6 nəfərin cəsədi tapıldı

Hazırda onların “Wellington” gözətçi gəmisinə daşınması əməliyyatı keçirilir

Yeni Zelandiya polisi Ağ Adada vulkan püskürməsi nəticəsində həlak olmuş daha altı nəfərin cəsədini aşkar edib.

Bu barədə Yeni Zelandiya polisinin “Twitter” səhifəsində yerləşdirilmiş məlumatda bildirilir.

“Ağ Adada daha altı nəfərin cəsədi tapılıb və hazırda onların “Wellington” gözətçi gəmisinə daşınması əməliyyatı keçirilir”, - məlumatda belə deyilir.

Xatırladaq ki, Plenti körfəzində yerləşən Ağ Adada vulkan püskürməsi dekabrın 9-da baş verib. Polisin məlumatına əsasən, həmin an adada 47 nəfər olub. Onların sırasında Avstraliya, Böyük Britaniya, ABŞ, Çin və Malayziyadan turistlərin olduğu qeyd olunur.

Xəbər verdiyimiz kimi, bu günə qədər onlardan səkkiz nəfəri həlak olub, daha 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Əvvəlcə daha səkkiz nəfərin itkin düşdüyü bildirilsə də, sonradan yerli hakimiyyət orqanları onların həlak olduğunu elan edərək cəsədlərin axtarışına başlayıb.

Hazırda Yeni Zelandiyanın xəstəxanalarında vulkan püskürməsi nəticəsində xəsarət almış 17 nəfərin olduğu bildirilir. Onlardan 13-nün vəziyyəti son dərəcə ağırdır.

AzNews.az

image description