Hadisə Killa-Seyfullah kəndi yaxınlığında baş verib Hadisə Killa-Seyfullah kəndi yaxınlığında baş verib

Pakistanda avtobus qəzası: 15 ölü var

Hadisə Killa-Seyfullah kəndi yaxınlığında baş verib

Pakistanın qərbində yerləşən Belucistan əyalətində sərnişin avtobusunun benzin daşıyan maşına çırpılması nəticəsində azı 15 nəfər həlak olub.

“The Express Tribune” qəzetinin elektron versiyasına istinadla xəbər verilir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, yol-nəqliyyat hadisəsi Killa-Seyfullah kəndi yaxınlığında baş verib.

Toqquşma nəticəsində avtobus yoldan çıxaraq aşıb. Daşınan yanacağın alışması nəticəsində alov hər iki nəqliyyat vasitəsini bürüyüb.

AzNews.az