"Tərəflər telefon danışığı zamanı Liviyadakı vəziyyəti müzakirə ediblər" "Tərəflər telefon danışığı zamanı Liviyadakı vəziyyəti müzakirə ediblər"

Misir və Rusiya prezidentləri Liviyanı müzakirə etdilər

"Tərəflər telefon danışığı zamanı Liviyadakı vəziyyəti müzakirə ediblər"

Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Misir Prezidentinin mətbuat katibi Bassam Radi bildirib.

“Tərəflər telefon danışığı zamanı Liviyadakı vəziyyəti müzakirə ediblər. Prezidentlər Liviya böhranının həlli, terror qruplaşmalarına qarşı mübarizə, habelə Liviyanın daxili işlərinə qanunsuz xarici müdaxilələrə son qoyulması üçün iki ölkənin birgə səylərinin gücləndirilməsinin vacibliyi barədə razılığa gəliblər”, - deyə mətbuat katibi bildirib.(apa.az)

AzNews.az