Raket Çinin kosmik fəaliyyətinin gələcəyi üçün vacib əhəmiyyətə malikdir Raket Çinin kosmik fəaliyyətinin gələcəyi üçün vacib əhəmiyyətə malikdir

Çin ən böyük raketdaşıyıcısını buraxdı

Raket Çinin kosmik fəaliyyətinin gələcəyi üçün vacib əhəmiyyətə malikdir

Çin özünün ən böyük raketdaşıyıcısı olan “Long March-5 Y3”ün buraxılışını həyata keçirib.

Yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 16:45) Çinin cənubundakı Xaynan adasında yerləşən Vençan kosmodromundan buraxılan raketdaşıyıcı “Shijian-20” adlı eksperimental texnologiya peykini orbitə çıxarıb. Çəkisi 8 tondan çox olan “Shijian-20” Çinin ən ağır və ən son texnologiyaya əsaslanan kommunikasiya peykidir. Buraxılışdan 37 dəqiqə sonra peyk yer səthindən 36 min kilometr yüksəkliyə - geosinxron orbitdə planlaşdırılan nöqtəyə çatıb.

Qeyd edək ki, uzunluğu 57 metr olan “Long March-5 Y3” raketdaşıyıcısı dekabrın 21-də kosmodromdakı buraxılış yerinə şaquli formada nəql edilmişdi. Raket Çinin kosmik fəaliyyətinin gələcəyi üçün vacib əhəmiyyətə malikdir.

Belə ki, Çinin ilk Mars zondunu, habelə Aydan nümunələri Yerə gətirmək üçün “Change-5” zondunu orbitə çıxarmaq ona həvalə olunacaq. Bundan başqa, raketin modifikasiya edilmiş versiyası Çinin kosmik stansiyasının qurulmasında istifadə olunacaq.(AZƏRTAC)

AzNews.az