Ölkədə vəziyyəti gərginləşdirmək üçün edilən bütün cəhdlərin arxasında rəsmi Boqota dayanır Ölkədə vəziyyəti gərginləşdirmək üçün edilən bütün cəhdlərin arxasında rəsmi Boqota dayanır

Maduro Kolumbiya prezidentini Venesuelanın düşməni elan edib

Ölkədə vəziyyəti gərginləşdirmək üçün edilən bütün cəhdlərin arxasında rəsmi Boqota dayanır

Venesuela prezidenti Nikolas Maduro, kolumbiyalı həmkarı İvan Dukenin milli düşmən olduğunu bəyan edib.

“TASS” xəbər verir ki, Maduro müvafiq açıqlamanı Karakasdakı ordu nümayəndələri qarşısında çıxışı zamanı verib.

Onun sözlərinə görə, ölkədə vəziyyəti gərginləşdirmək üçün edilən bütün cəhdlərin arxasında rəsmi Boqota dayanır.

“Venesuelanın düşməni Boqotoda, Kasa de Narinyodadır (prezident iqamətgahında) və adı (Kolumbiya Prezidenti) İvan Dukedir”.

Venesuela rəhbəri, Kolumbiya ilə həmsərhəd olan ştatlardakı hərbçilərə və polislərə maksimum şəkildə ayıq və hazırlıqlı olmaları barədə çağırış edib:

“Onlar keçməyəcək!”, prezident vurğulayıb. (report)

AzNews.az