Son dörd ildə ölkədə terror üzündən azı 700 nəfər öldürülüb Son dörd ildə ölkədə terror üzündən azı 700 nəfər öldürülüb

Burkina-Fasoda kilsəyə hücum olub - Çox sayda ölü var

Son dörd ildə ölkədə terror üzündən azı 700 nəfər öldürülüb

Burkina-Fasonun şimalındakı Yağa əyalətinin Pansi yaşayış məntəqəsində ötən gün naməlum silahlı şəxslər protestant kilsəsinə hücum ediblər.

AzNews.az “Report”a istinadən xəbər verir ki, kilsədə bazar günü ayin zamanı törədilən hücum nəticəsində 24 nəfər öldürülüb, daha 18 nəfər xəsarət alıb. Terrorçular hadisə yerindən qaçaraq kilsənin pastorunu da özləri ilə aparıblar.

Qeyd edək ki, son dörd ildə ölkədə terror üzündən azı 700 nəfər öldürülüb, 270 mindən artıq sakin ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Hazırda ölkənin 13 əyalətindən 7-də fövqəladə vəziyyət rejimi davam edir.