Virusdan ölənlərin sayı dünya üzrə 2700-ü keçib Virusdan ölənlərin sayı dünya üzrə 2700-ü keçib

Artıq bütün qitələrdə Koronavirus var

Virusdan ölənlərin sayı dünya üzrə 2700-ü keçib

Koronavirusun Yunanıstan və Braziliyada aşkarlanması ilə artıq bütün qitələrə yayıldığı məlum olub.

AzNews.az CNN Türk-ə istinadən xəbər verir ki, ölümcül xəstəlik bütün qitələrə yayılaraq, ümumilikdə 81 000 insanı yoluxdurub. Virusdan ölənlərin sayı isə dünya üzrə 2700-ü keçib.

Qeyd edək ki, hazırda 43 ölkədə xəstəliyə yoluxma faktı aşkarlanıb.