"Rusiya və Türkiyə koordinasiyanı davam etdirməyə hazırdır" "Rusiya və Türkiyə koordinasiyanı davam etdirməyə hazırdır"

Ərdoğanla Putin telefonla danışdı - Son dəqiqə

"Rusiya və Türkiyə koordinasiyanı davam etdirməyə hazırdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

AzNews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Lüksemburqdan olan həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib

"Rusiya və Türkiyə koordinasiyanı davam etdirməyə hazırdır. İki lider İdlibdə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər", - deyə S. Lavrov bildirib.

Xatırladaq ki, Suriya rejimi tərəfindən İdlibdə Türkiyə Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində 33 türk əsgəri şəhid olub, 32 nəfər isə yaralanıb.

Pərvanə