X. Battulqa ÇXR-in sədri Si Cinpin və baş nazir Li Katsyan ilə görüş keçirib X. Battulqa ÇXR-in sədri Si Cinpin və baş nazir Li Katsyan ilə görüş keçirib

Monqolustan Prezidenti Çindən qayıtdıqdan sonra karantinə alınıb

X. Battulqa ÇXR-in sədri Si Cinpin və baş nazir Li Katsyan ilə görüş keçirib

Monqolustan Prezidenti Xaltmaagiyn Battulqa və digər hökumət rəsmiləri Çinə səfərdən qayıtdıqdan sonra 14 günlük karantinə alınıb.

AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, X. Battulqa yanvar ayında koronavirusun yayılmasının qarşısının alınması üçün xüsusi tədbirlərin həyata keçirilməsinə başladığı vaxtdan Çin Xalq Respublikasına baş çəkən ilk prezidentdir.

O, cümə axşamı Pekinə xarici işlər naziri Tsoqtbaatar Damdin və digər yüksək vəzifəli hökumət məmurları ilə birlikdə gedib. X. Battulqa ÇXR-in sədri Si Cinpin və baş nazir Li Katsyan ilə görüş keçirib.

Pərvanə