Məlumatı Fəxrəddin Altun yayıb Məlumatı Fəxrəddin Altun yayıb

Ərdoğan 4 ölkə lideri ilə telefonla danışacaq

Məlumatı Fəxrəddin Altun yayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Bolqarıstanın Baş naziri Boyko Borisov ilə telefonla danışacaq.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun İdlibdə baş verənlərlə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ərdoğanın Putinlə baş tutan telefon danışığında iki liderin tezliklə üz-üzə görüşü də qərarlaşdırılıb.

Xatırladaq ki, Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində 33 türk əsgəri şəhid olub, 32 nəfər isə yaralanıb.

Pərvanə