- Dünyanın halı
- 30 Mart 2020 10:11
- 1 958
Ukraynada virusdan ölənlərin sayı artdı
Ukraynada son 12 saat ərzində 57 yeni yoluxma, 1 yeni ölüm faktı təsdiqini tapıb
Ukraynada koronavirusa yoluxanların sayı 418-dən 475-ə yüksəlib, infeksiya qurbanlarının sayı 10-a çatıb, 6 nəfər sağalıb.
AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Belə ki, Ukraynada son 12 saat ərzində 57 yeni yoluxma, 1 yeni ölüm faktı təsdiqini tapıb.
Daha əvvəl 9 nəfərin öldüyü, 5 nəfərin sağalması barədə xəbər verilirdi.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Bütün dünyada indiyədək 634 mindən çox yoluxma, 30 minə yaxın ölüm faktı təsdiqini tapıb.