Ölkədə COVİD-19 yoluxucu xəstəliyi səbəbindən 3 nəfər həyatını itirib Ölkədə COVİD-19 yoluxucu xəstəliyi səbəbindən 3 nəfər həyatını itirib

Qazaxıstanda 30-a yaxın tibb işçisi koronavirusa yoluxub

Ölkədə COVİD-19 yoluxucu xəstəliyi səbəbindən 3 nəfər həyatını itirib

Qazaxıstanda koronavirusa yoluxan 453 nəfərin 28-si tibb işçisidir.

AzNews.az xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə naziri Eljan Birtanov açıqlama verib:

“Karantin müəssisələrində işlədikləri üçün koronavirusa yoluxan tibb işçilərinin sayı 28-ə çatıb”.

O bildirib ki, bu günə qədər ölkədə COVİD-19 yoluxucu xəstəliyi səbəbindən 3 nəfər həyatını itirib. 29 nəfər isə müalicə olunaraq xəstəlikdən sağalıb.

Qeyd edək ki, martın 16-dan etibarən Qazaxıstanda fövqəladə vəziyyət elan olunub.