- Dünyanın halı
- 4 Aprel 2020 12:54
- 1 909
ABŞ Meksika körfəzində hasilatı dayandıra bilər
Bu barədə “The Wall Street Journal” məlumat yayıb
ABŞ-ın Prezident Administrasiyası Meksika Körfəzindəki platformalarda çalışan bir neçə işçidə koronavirusun aşkarlanması səbəbindən neft hasilatının məcburi dayandırılmasını müzakirə edib.
AzNews.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” hadisəyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, lakin bu məsələyə baxılıb-baxılmadığı hələlik məlum deyil. Nəşr bildirir ki, əgər ABŞ Meksika körfəzindəki hasilatı dayandırarsa, ölkədə gündəlik neft hasilatı 2 mln. barel azalacaq. Hazırda ABŞ-ın gündəlik neft hasilatı 13 mln. barel təşkil edir.