- Dünyanın halı
- 10 Aprel 2020 12:10
- 2 578
Dağlıq Qarabağda daha 4 erməni koronavirusa yoluxdu

Məlumatı “Novosti Armeniya” yayıb
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçıların 4 “polisi” koronavirusa yoluxub.
AzNews.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Qeyd edək ki, Qarabağda ermənilər arasında ilk yoluxma aprelin 7-də qeydə alınıb. Aprelin 9-da daha 2 nəfər virusa yoluxub. Ümumilikdə Azərbaycanın işğal altında olan torpaqlarında virusa yoluxanların sayı 7-yə çatıb.