Bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb Bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb

Hindistanda koronavirusa yoluxanların sayı 150 mini ötdü

Bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb

Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 6,3 min nəfər artaraq 151 767-yə yüksəlib.

AzNews.az xəbər verir ki, “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, ölkədə hazırda 83 004 pasiyentin müalicəsi davam etdirilir. Daha əvvəl koronavirusa yoluxmuş 64 425 nəfər sağalıb (son sutkada 3 935), 4 337 nəfər vəfat edib (son sutkada 170).

Yoluxma hallarının çoxu Maxaraştra (54 758, son sutkada 2 091), Tamilnad (17 728, son sutkada 646 ) ştatlarında qeydə alınıb.