"Bununla da Ermənistan özünün əsl mahiyyətini ortaya qoymuş oldu" "Bununla da Ermənistan özünün əsl mahiyyətini ortaya qoymuş oldu"

Ermənistan rəhbərliyi koronavirusla bağlı rəqəmləri gizlədir

"Bununla da Ermənistan özünün əsl mahiyyətini ortaya qoymuş oldu"

"Ermənistan rəhbərliyinin yürütdüyü yarıtmaz siyasət nəticəsində bu gün ölkə bərbad vəziyyətdədir. Onlar koronavirusla bağlı rəqəmləri öz vətəndaşlarından gizlədirlər".

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəsmi Yerevan yardımla bağlı xarici ölkələrə və beynəlxalq təşkilatlara yalvardığı halda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxırlar: "Bununla da Ermənistan özünün əsl mahiyyətini ortaya qoymuş oldu".