Təlim üçün 10 itin ayrıldığı deyilir Təlim üçün 10 itin ayrıldığı deyilir

Alman ordusu itlərə təlim keçir - Koronavirusa görə

Təlim üçün 10 itin ayrıldığı deyilir

Almaniya ordusu yeni növ koronavirusa yoluxan insanları müəyyənləşdirmək üçün itlərə təlim keçir.

AzNews.az xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələri açıqlama yayıb.

Açıqlamada təlimlərin Hannover Universitetinin baytarlıq fakültəsində keçirildiyi bildirilib.

Sənəddə itlərin narkotik və qoxu molekullarının tərkibindən olan xəstəlikləri anlama qabiliyyətinə əsaslanaraq layihəyə başlanıldığı qeyd olunub.

Təlim üçün alman çoban iti, ingilis “Cocker Spaniel” və “Retriever” cinsi olmaqla 10 itin ayrıldığı deyilir.

Təlim zamanı sözügedən itlərə virusa yoluxmuş insanlardan götürülən tüpürcək nümunələri qoxladılır. Nümunələrdəki virusların kimyəvi yolla zərərsizləşdirildiyi bildirilir.

Pərvanə