Böyük Britaniyanın Türkiyədəki keçmiş səfiri Riçard Mur bir çox roman və filmin mövzusuna çevrilən Britaniya Xarici Kəşfiyyat İdarəsi MI6-nın yeni rəhbəri təyin edilib. İstanbul və Ankara kritik şəhərlər olduğundan burada xidmət edən bir çox kəşfiyyatçı və ya diplomatlar karyera pillələrini tez bir zamanda qalxırlar. Fransanın xarici kəşfiyyat xidmətinə rəhbərlik edən Bernard Emi və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) ilk qadın rəhbəri Cina Haspelin yolu da Türkiyədən keçib. Bu üç şəxsin ortaq xüsusiyyəti isə türk dilində yaxşı danışa bilməkləridir Böyük Britaniyanın Türkiyədəki keçmiş səfiri Riçard Mur bir çox roman və filmin mövzusuna çevrilən Britaniya Xarici Kəşfiyyat İdarəsi MI6-nın yeni rəhbəri təyin edilib. İstanbul və Ankara kritik şəhərlər olduğundan burada xidmət edən bir çox kəşfiyyatçı və ya diplomatlar karyera pillələrini tez bir zamanda qalxırlar. Fransanın xarici kəşfiyyat xidmətinə rəhbərlik edən Bernard Emi və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) ilk qadın rəhbəri Cina Haspelin yolu da Türkiyədən keçib. Bu üç şəxsin ortaq xüsusiyyəti isə türk dilində yaxşı danışa bilməkləridir

Yolu Türkiyədən keçən kəşfiyyat xidmətləri rəhbərləri

Böyük Britaniyanın Türkiyədəki keçmiş səfiri Riçard Mur bir çox roman və filmin mövzusuna çevrilən Britaniya Xarici Kəşfiyyat İdarəsi MI6-nın yeni rəhbəri təyin edilib. İstanbul və Ankara kritik şəhərlər olduğundan burada xidmət edən bir çox kəşfiyyatçı və ya diplomatlar karyera pillələrini tez bir zamanda qalxırlar. Fransanın xarici kəşfiyyat xidmətinə rəhbərlik edən Bernard Emi və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) ilk qadın rəhbəri Cina Haspelin yolu da Türkiyədən keçib. Bu üç şəxsin ortaq xüsusiyyəti isə türk dilində yaxşı danışa bilməkləridir

Kəşfiyyat təşkilatlarında zirvəyə gedən yol Türkiyədən keçir. Son illərdə Türkiyədə xidmət etmiş diplomatlar və digər məmurlar öz ölkələrinin kəşfiyyat idarələrinə rəhbərlik edirlər. ABŞ, İngiltərə və Fransa kimi qlobal güclərin xarici kəşfiyyat xidmətlərinə yolu Ankaradan keçən insanların təyin olunması diqqət çəkir. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin ilk qadın rəhbəri Cina Haspel, Fransa xarici kəşfiyyat xidmətinin rəhbəri Bernard Emi və Britaniya Xarici Kəşfiyyat İdarəsi MI6-nın rəhbəri təyin edilən Riçard Mur karyeralarının əhəmiyyətli bir hissəsini Türkiyədə keçirən şəxslər olaraq kəşfiyyat dünyasının zirvəsinə qalxıblar. Bu insanların ortaq cəhəti isə yaxşı türkcə danışa bilməkləridir.

Riçard Mur

Türkiyədə işlədiyi müddət ərzində sosial mediadakı paylaşımları və “Beşiktaş” azarkeşliyi ilə xüsusi diqqət çəkən Riçard Mur Baş Nazir Boris Conson və Xarici İşlər naziri Dominik Raabın razılığı illə İngiltərə xarici kəşfiyyat orqanı MI6-nın rəhbəri təyin edilib. O, Brexit və pandemiya ilə əlaqədar Ser Aleks Yanqeri payızda əvəz edəcək. Riçard Mur Böyük Britaniyanın Türkiyədəki səfiri, həmçinin ölkənin Nazirlər Kabineti katibliyinin milli təhlükəsizlik üzrə müşavirinin müavini vəzifələrində çalışıb. R. Mur karyerasına 1987-ci ildə elə Britaniya kəşfiyyatında (MI6) başlayıb. Son təyinatından əvvəl o, Britaniyanın Xarici İşlər Nazirliyində siyasi işlər üzrə direktor vəzifəsində çalışıb.

Cina Haspel

Anglo-Sakson dünyasında daha bir nüfuzlu xarici kəşfiyyat agentliyi olan Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ilk qadın rəhbəri Cina Haspelin də yolu iki dəfə Türkiyədən keçib. Həmkarı Riçard Mur kimi türk dilində yaxşı danışa bilən Cina Haspel 1987-1989-cu illərdə və 2000-ci illərin əvvəllərində MKİ-dəki vəzifələri çərçivəsində Türkiyədə olub. Məxfi əməliyyatlar sahəsində karyerası olan Haspelin tərcümeyi-halında onun türk dilini 2000-ci ildə MKİ-nin Ankaradakı mənzil-qərargahında stansiya rəisinin müavini vəzifəsində çalışdığı zaman öyrəndiyi deyilir. Onun haqqında Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbər təyin olunmazdan əvvəlki vəzifələrində su işgəncəsi (waterboarding) tətbiq etdiyi barədə ittihamlar irəli sürülür. Cina Haspel 1998-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin Bakı rezidenturasının rəhbərinin müavini işləyib. Haspel 17 may 2018-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri seçilib.

Bernard Emie

Fransanın xarici kəşfiyyat xidməti də türk dilində danışan diplomata əmanət edilib. Sözügedən ölkənin keçmiş Ankara səfiri Bernard Emi 2017-ci ildə prezident Emanuel Makron tərəfindən fransız xarici kəşfiyyat xidmətinin (DGSE- Direction Générale de la Sécurité Extérieure) rəhbəri təyin edilib. Bernard Emi 2007-ci-2010-cu illər arasında Fransanın Ankaradakı səfiri olaraq çalışıb. Fransa-Türkiyə münasibətlərinin fırtınalı dövründə Ankarada səfir olan B. Emi bənzər dövrdə xarici kəşfiyyat xidmətinə rəhbərlik edib. Adı çəkilən xidmətin Liviyada aktiv olduğu deyilir. Bernard Emi Türkiyədən sonra İngiltərə və Əl-Cəzairdə səfir olaraq çalışıb. B. Emi Yaxın Şərq mövzusunda mütəxəssis kimi tanınır.

Putinin Türkoloq olan qara qutusu Dimitri Peskov

Türkiyənin şimal qonşusu Rusiyanın prezidenti Vladimir Putinin yaxın əhatəsində olan və qara qutusu olaraq tanınan Dimitri Peskov da yaxşı türkcə danışması ilə tanınır. Universitet imtahanında türk dili bölməsinə yönləndirilən D.Peskov 1989-cu ildə Moskva Dövlət Universiteti Türkologiya ixtisasından məzun olub. Türkoloq olan D.Peskov Rusiyanın Xarici İşlər Nazirliyindəki diplomatik karyerası ərzində Rusiyanın Ankara səfirliyində müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildə Putinin prezident seçilməsi ilə Kremlindəki karyerasına başlayıb.

AzNews.az