Balayan vəzifəsindən uzaqlaşdırıldı Balayan vəzifəsindən uzaqlaşdırıldı

Ermənistan müdafiə nazirinin müavini də işdən çıxarıldı

Balayan vəzifəsindən uzaqlaşdırıldı

Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan tutduğu vəzifədən azad edilib.

AzNews.az xəbər verir ki, bu barədə parlamentin müdafiə komissiyasının rəhbəri Andranik Koçaryan bu gün Müdafiə Nazirliyinin qarşısında etirazçılarla görüşdə bildirib.

Nümayişçilərdən biri Koçaryandan Balayanın niyə onların qarşısına çıxmadığını soruşub.

“Balayan vəzifəsindən uzaqlaşdırıldı”,- deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Baş naziri müdafiə naziri David Tonoyanı istefaya göndərib və bu vəzifəyə Baş nazirin hərbi məsələlər üzrə müşaviri Vaqarşak Harutyunyanı təyin edib.