Gecə səhərədək aparılan axtarış zamanı ərzaq, boya xaricində heç bir şey tapılmayıb Gecə səhərədək aparılan axtarış zamanı ərzaq, boya xaricində heç bir şey tapılmayıb

Liviyaya gedən türk gəmisi saxlanıldı

Gecə səhərədək aparılan axtarış zamanı ərzaq, boya xaricində heç bir şey tapılmayıb

İstanbuldan Liviyaya yola düşən Türkiyəyə məxsus “Roselina-A” gəmisi Yunanıstan Dəniz Qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Bildirilib ki, gəmi Mora (Peloponnes) yarımadasının cənub-qərbində dayandırılıb və axtarış aparılıb.

“Roselina-A”ya helikopterlər yaxınlaşıb, xeyli sayda əsgər daxil olub. Gecə səhərədək aparılan axtarış zamanı ərzaq, boya xaricində heç bir şey tapılmayıb.

Vurğulanıb ki, dəniz hüquqlarına görə, gəmidə axtarış etmək üçün gəmini göndərən dövlətdən icazə alınması mütləqdir.

Bundan sonra yunan qüvvələri gəmidən uzaqlaşıb və o, yenidən Misrata limanına doğru hərəkət edib.