Pul cərimələrinə görə həbsdə olanlar azadlıqlarına qovuşacaq Pul cərimələrinə görə həbsdə olanlar azadlıqlarına qovuşacaq

Əfqanıstandan Pakistana dostluq addımı

Pul cərimələrinə görə həbsdə olanlar azadlıqlarına qovuşacaq

Əfqanıstan Prezidenti Əşrəf Qəni Pakistanla dostluq münasibətlərini gücləndirmək üçün addım atıb.

AzNews.az xəbər verir ki, ölkə başçısı bu məqsədlə bəzi pakistanlı məhkumların sərbəst buraxılması barədə göstəriş verdiyini açıqlayıb.

Belə ki, barəsində bir-iki ay inzibati həbs cəzası olan, pul cərimələrinə görə həbsdə olanlar azadlıqlarına qovuşacaq.

Bu addıma Pakistan tərəfi də reaksiya verib. Pakistanın Əfqanıstandakı səfiri Əhməd Xan sosial mediada “Əşrəf Qəni tərəfindən verilən qərarı məmnuniyyətlə qarşılayırıq”, - yazaraq Prezidentə təşəkkürünü bildirib.