Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açdı

Bütün sərnişinlərə etibarlı bir səyahət və dönüş diləyirəm

Səudiyyə Ərəbistanı İsrail hava yollarına məxsus təyyarələrin hava sahəsindən istifadə etməsinə icazə verib.

AzNews.az xəbər verir ki, rəsmi icazədən sonra İsraildən Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən uçuşların sürəti qısalıb, Təl- Əviv ilə Dubay arasında planlanan relsin qarşısında maneə qalmayıb.

“Səudiyyəlilər uzun və gərgin vaxtların ardından planlaşdırılan ilk uçuşu təsdiqlədilər. Bundan məmnunam. Bütün sərnişinlərə etibarlı bir səyahət və dönüş diləyirəm ”,- deyə İsrail nəqliyyat naziri Miri Regev qeyd edib.

Qeyd edək ki, sentyabr ayında Səudiyyə Ərəbistanı BƏƏ-dən gələn və yola düşən təyyarələr üçün hava məkanı üzərindən bütün xarici mülki uçuşların həyata keçirilməsinə icazə verəcəyini açıqlamışdı.

Açıqlamada İsrailin konkret qeyd edilməməsi aviasiya rəsmilərinin narahatlığına səbəb olmuşdu.