Almaniyada karantin rejimi uzadıldı

Bu barədə qərarı Almaniya kansleri Angela Merkel açıqlayıb

Almaniyada koronavirusla əlaqədar olaraq karantin rejimi yanvarın 10-na kimi uzadılıb.

AzNews.az xəbər verir ki, bu barədə qərarı Almaniya kansleri Angela Merkel açıqlayıb.

O bildirib ki, növbəti karantin rejimində də əvvəlki məhdudiyyətlər qüvvədə olacaq.

Qeyd edək ki, Almaniyada kino, opera, konsert, idman salonları, əyləncə mərkəzləri, masaj və digər xidmət sahələri fəaliyyətini dayandırıb. Universitetlər distant təhsil sisteminə keçib.

Ölkədə bu günə qədər 1,84,743 nəfər virusa yoluxub, 17,123 nəfər isə ölüb.