- Dünyanın halı
- 7 Yanvar 2021 23:57
- 3 971
Kapitolidə yaralanan polislərin sayı açıqlandı
Bu barədə Kapitoli polisinin rəhbəri Stiven Sund bildirib
ABŞ-da Konqres binası Kapitolidə baş vermiş iğtişaşlar zamanı 50-dən çox polis əməkdaşı yaralanıb.
AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kapitoli polisinin rəhbəri Stiven Sund bildirib.
“50-dən çox polis əməkdaşı Kapitoliyə hücum zamanı yaralanıb. Onlardan bir neçə zabit ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib”, - deyə Sund qeyd edib.
Qeyd edək ki, dünən Donald Trampın tərəfdarları zorla Kapitoliyə daixl olmuşdular. Nəticədə qarşıdurma olmuş, 4 nəfər ölmüş, xeyli sayda insan yaralanmışdı.