"Qırmızı" zonadan əcnəbilərin ölkəyə girişinə qadağa da uzadılıb "Qırmızı" zonadan əcnəbilərin ölkəyə girişinə qadağa da uzadılıb

Bu ölkədə fövqəladə vəziyyət rejimi fevralın ortalarına qədər uzadıldı

"Qırmızı" zonadan əcnəbilərin ölkəyə girişinə qadağa da uzadılıb

Moldova hökuməti ölkədə fövqəladə vəziyyət rejimini fevralın 15-dək uzadıb.

AzNews.az xəbər verir ki, ölkədə gecə klublarının fəaliyyətinə qadağa fevralın ortalarına qədər davam edəcək. Restoran və kafelər saat 7-dən 22.00-dək, gecə isə yalnız çatdırılma xidməti ilə işləyə bilər. Bundan başqa, bu müddətdə teatrlar yalnız zalın 50% dolması şərti ilə fəaliyyət göstərə bilər, kinoteatrlar isə işləməyəcək. Parklara, istirahət zonalarına, uşaq və idman meydançalarına getməklə bağlı qadağa qüvvədə olacaq.

Əlli nəfərədək şəxsin iştirakı ilə şənliklərin keçirilməsinə icazə verilsə də, bu cür yığıncaqların təhsil müəssisələrinin və ya xəstəxanaların yaxınlığında təşkili qadağan olunub.

Bununla yanaşı, "qırmızı" zonadan əcnəbilərin ölkəyə girişinə qadağa uzadılıb.