Reportajda erməni terrorizminin dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub Reportajda erməni terrorizminin dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub

ASALA-nın törətdiyi terror aktlarından reportaj yayımlandı

Reportajda erməni terrorizminin dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub

Türkiyənin nüfuzlu “A Haber” telekanalı ASALA erməni terror təşkilatı ilə bağlı xüsusi reportaj yayıb.

AzNews.az xəbər verir ki, reportajda Türkiyə dövlətini və xalqını hədəf alan erməni terror təşkilatlarının çoxistiqamətli fəaliyyətinin səbəb və məqsədləri tamaşaçılara çatdırılıb.

Qeyd olunub ki, erməni terror təşkilatları 1973-cü ildən 1986-cı ilədək 34-ü diplomat olmaqla, 58 türkü amansızcasına qətlə yetiriblər. Çox sayda yaralanan və dağıntılar olub. Təəssüf ki, bu terror aktlarını törədən ermənilərin bir qismi tutulmayıb, bir qismi sonradan müxtəlif bəhanələrlə bəraət alıb. Ermənistan dövləti isə terrorçu erməniləri qəhrəmanlaşdıraraq öz xalqına örnək göstərib.

Reportajda erməni terrorizminin dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub.