- Dünyanın halı
- 7 May 2021 09:52
- 4 133
BMT-dən qlobal fəlakət barədə XƏBƏRDARLIQ
Bu gedişlə dünya sürətlə fəlakətli isinmə dövrünə doğru irəliləyir
Ötən il Yerin temperaturu son 3 milyon ildə rekord səviyyəyə çatıb.
AzNews.az bildirir ki, bunu “Petersberq iqlim dialoqu” konfransında çıxışı zamanı BMT Baş katibi Antoniu Quterreş bildirib.
Baş katibin sözlərinə görə, dövlətlərin atmosferə buraxılan zərərli tullantıların azaldılması üzrə mövcud öhdəlikləri qlobal iqlim fəlakətini önləmək üçün yetərli deyil.
“Ötən il ekstrimal hava və təbii kataklizmlər baxımından yeni rekordlar qeydə alındı. Son üç milyon ildə ilk dəfə Yerin hərarəti normadan 3 dərəcə artıq, dəniz səviyyəsi isə 15 metr yüksək oldu”, - deyə BMT rəhbəri qeyd edib.
O vurğulayıb ki, bu gedişlə dünya sürətlə fəlakətli isinmə dövrünə doğru irəliləyir.
Bununla yanaşı, A.Quterreş ölkələrin birgə fəaliyyəti sayəsində iqlim dəyişikliklərinin ən qorxunc fəsadlarının qarşısının alanacağına ümid etdiyini də əlavə edib.