Səmərqəndin məktəbləri, uşaq bağçaları, kollec və liseyləri, ali təhsil müəssisələri iki həftəlik karantinə bağlanıb Səmərqəndin məktəbləri, uşaq bağçaları, kollec və liseyləri, ali təhsil müəssisələri iki həftəlik karantinə bağlanıb

Koronavirus Özbəkistanda vəziyyəti pisləşdirir

Səmərqəndin məktəbləri, uşaq bağçaları, kollec və liseyləri, ali təhsil müəssisələri iki həftəlik karantinə bağlanıb

Koronavirusun Özbəkistanda artımı ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar “Uzbekistan Airways” aviasiya şirkəti Yaponiyaya reysləri dayandırıb, Hindistana olan aviareyslərin sayı azaldılıb.

Aznews.az xəbər verir ki, mayın 17-dək Daşkənd, Səmərqənd, Fərqanə və Urgəncdən İstanbula olan reyslər ləğv olunub. Mayın 1-dən isə Özbəkistan dünyanın 9 şəhərinə - Paris, Tokio, Roma, Milan, Banqkok, Mumbay, Amritsar, Kuala-Lumpur və Cakartaya olan aviareysləri müvəqqəti dayandırıb.

Özbəkistanın Koronavirusla bağlı Xüsusi Respublika Komissiyasının yaydığı məlumata görə, vəziyyətlə əlaqədar Səmərqənd vilayətinin məktəbləri, uşaq bağçaları, kollec və liseyləri, ali təhsil müəssisələri iki həftəlik karantinə bağlanıb.

Koronavirus aşkar edilən Daşkənd şəhərinin və vilayətin təhsil müəssisələri də iki həftə müddətinə işini dayandırıb.