Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib

Dünyada koronavirusla bağlı son vəziyyət

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib

Dünyada son bir gündə koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 643 091 hal qeydə alınıb, COVID-19-dan 11 726 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 159 319 384, ölüm hallarının sayı 3 311 780 təşkil edir.

Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 424 637 nəfər virusa yoluxub. Daha sonra Hindistan (23 340 938) və Braziliya (15 209 990) gəlir.