Bu barədə “MKD” portalı məlumat yayıb Bu barədə “MKD” portalı məlumat yayıb

Şimali Makedoniya rus diplomatı ölkədən çıxarır

Bu barədə “MKD” portalı məlumat yayıb

Şimali Makedoniya hökuməti bir rus diplomatın ölkədən çıxarılacağını elan edib.

AzNews.az xəbər verir ki, bu barədə “MKD” portalı məlumat yayıb.

“Şimali Makedoniya Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq Rusiyanın Şimali Makedoniyadakı səfirliyində çalışan bir diplomatın “persona non grata” elan edilməsinə qərar verildiyini bildirib.

Bununla əlaqədar olaraq, 2021-ci il mayın 14-də Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və sözügedən diplomatın yeddi gün ərzində Şimali Makedoniya ərazisini tərk etməsini tapşıran bir nota verilib”, - deyə məlumatda qeyd olunub.