Bu barədə “Daily Mail” kadrlar təqdim edib Bu barədə “Daily Mail” kadrlar təqdim edib

Çayda üzən sandıqdan körpə uşaq çıxdı – VİDEO

Bu barədə “Daily Mail” kadrlar təqdim edib

Hindistanda Qanq çayında üzən sandığın içindən canlı uşaq tapılıb.

AzNews.az bildirir ki, bu barədə “Daily Mail” kadrlar təqdim edib.

Məlumata görə, həmin vaxt qayıqda üzən bir kişi uşağın ağlama səsini eşidib. Özünü çaya atan kişi, səsin taxta qutudan gəldiyini müəəyən edib və onu sahilə çıxardıb.

Sahildə sandığı açanda qırmızı şərfə bürünmüş körpəni görüb. Sandığın içi hindu ilahələrinin təsvirləri ilə bəzənmiş forma da olub.

Körpə tibb müəssisəsinə çatdırılıb. Orada 21 günlük olduğu müəyyənləşdirilən qız sosial xidmətlərə təhvil verilib.

Qeyd edək ki, Hindistan dünyada ən çox qız uşağı öldürən ölkələr siyahısında ilk yerlərdən birini tutur. Burada qızlar ağır yük hesab olunur.