Ötən sutka ərzində Braziliyada 40 mindən çox insan COVID-19 virusuna yoluxub Ötən sutka ərzində Braziliyada 40 mindən çox insan COVID-19 virusuna yoluxub

Braziliyada koronavirusa yoluxanların sayı 20 milyonu ötüb

Ötən sutka ərzində Braziliyada 40 mindən çox insan COVID-19 virusuna yoluxub

Braziliyada koronavirus infeksiyasına yoluxanların sayı 20 milyon nəfəri keçib.

Aznews.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən sutka ərzində Braziliyada 40 mindən çox insan COVID-19 virusuna yoluxub və yoluxanların ümumi sayı 20 milyon 26 min 533 nəfərə çatıb.

Avqustun 4-də ölkədə koronavirus səbəbindən ölənlərin sayı 1118 nəfər artaraq 559 min 715 nəfər təşkil edib. Eyni zamanda xəstəlikdən sağalanların sayı 18 milyonu ötüb. Ölkədə indiyədək 147 milyon 210 min vaksin dozası vurulub.

Braziliya yoluxma hallarının sayına görə ABŞ və Hindistandan sonra üçüncü, ölüm hallarının sayına görə isə Birləşmiş Ştatlardan sonra ikinci yeri tutur.