Ondan itinə səcdə etməsini istəyib Ondan itinə səcdə etməsini istəyib

Həkim tibb işçisini ələ saldı - VİDEO

Ondan itinə səcdə etməsini istəyib

Misirdə özəl xəstəxanaların birində həkim tibb işçisini ələ salaraq itinə səcdə etməsini istəyib.

AzNews.az xəbər verir ki, sosial mediada yayılan video bütün ölkədə reaksiya ilə qarşılanıb.

Həkim və xəstəxana işçilərinin güc tətbiq etmək, təhqir və dini lağa qoymaq kimi ittihamlarla mühakimə olunacağı bildirilir.

Misir Həkimlər Birliyi isə etdiyi açıqlamada hadisədən çox kədərləndiklərini və həkimin intizam komitəsinə göndəriləcəyini qeyd edib.

Reaksiyalardan sonra sözügedən həkim işdən azad edilib.

Şəbnəm Zahir