Bu barədə şəhər polisi məlumat yayıb Bu barədə şəhər polisi məlumat yayıb

Almatıda iğtişaşlarda 149 mülki vətəndaş, 11 təhlükəsizlik işçisi ölüb

Bu barədə şəhər polisi məlumat yayıb

Almatıda iğtişaşlarda 149 mülki vətəndaş və 11 təhlükəsizlik işçisi ölüb.

Aznews.az xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb. Şəhər prokuroru isə bildirib ki, iğtişaşlardan sonra Almatıda 405 cinayət işi açılıb. Şəhərin Polis İdarəsinin rəisi Kanat Taimerdenovun sözlərinə görə, yanvarın əvvəlində Almatıda baş verən iğtişaşların iştirakçıları 1,3 mindən çox silah oğurlayıblar.

"İğtişaşçılar 1 347 silah oğurladılar", o, televiziyaya açıqlamasında deyib.

Alma-Atada iğtişaşlar günlərində cinayətkarlar şəhərin meyitxanalarına yeddi hücum həyata keçirib, oradan 40-dan çox cəsədi oğurlayıblar, - şəhər polis idarəsinin rəisi əlavə edib.

“Ölüləri saxlamadılar, yaralıları da özləri ilə apardılar, bu günlərdə morqlara 7 hücum oldu, 41 ölü oğurlandı”, - o bildirib.