Məlumata görə, polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib Məlumata görə, polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib

Brüsseldə aksiya iştirakçıları ilə polis arasında toqquşma olub

Məlumata görə, polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib

Brüsselin Avropa məhəlləsində karantin qaydalarına etiraz edənlərlə hüquq-mühafizə qüvvələrinin nümayəndələri arasında toqquşma baş verib.

Aznews.az xəbər verir ki, polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Bir neçə yüz nümayişçi digər aksiyaçılardan ayrılaraq, Avropa Polisinin binası yaxınlığındakı polis kordonunu yarmağa çalışıb. Aksiyaçılar polisə fişəng və butulkalar atmağa başlayıb.

Polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək bir qrup etirazçını qovub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qarşıdurma zamanı 10-a qədər adam saxlanılıb.