Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyini pandemiya elan edib Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyini pandemiya elan edib

Meymunçiçəyi pandemiya elan olundu - RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyini pandemiya elan edib

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.

Bildirilib ki, bu günə qədər 58 ölkədə 3417 təsdiqlənmiş meymunçiçəyinə yoluxma faktı aşkarlanıb. Təşkilat ölkələri, qlobal səhiyyə orqanlarını təcili və effektiv tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq dünyada xəstəliyin 3,4 mindən çox təsdiqlənmiş və 1,5 minə yaxın şübhəli halını qeydə alıb. Fransa, İsveç, İtaliya, Avstraliya, Kanada, Almaniya, Hollandiya, İsveçrə, İspaniya, ABŞ, Sloveniya, Çexiya, Gürcüstan və digər ölkələrdə xəstəliyə yoluxma halları var.