Ukrayna XİN açıqlama yaydı Ukrayna XİN açıqlama yaydı

Zelenski bağışlamadı: Ukrayna o ölkə ilə əlaqələrini rəsmən kəsdi

Ukrayna XİN açıqlama yaydı

Ukrayna XİN Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə diplomatik əlaqələri kəsib.

Aznews.az xəbər verir ki, buna Pxenyanın qondarma “DXR” və “LXR”i tanıması səbəb olub.

Ukrayna XİN bildirib ki, “qeyri-dost hərəkətə cavab olaraq KXDR-lə diplomatik əlaqələr kəsilir. Bu hərəkət Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qəsd cəhdidir”.

Pxenyanda fəaliyyət göstərən beynəlxalq media qurumları isə hökumətin qondarma “DXR” və “LXR”i tanıması barədə məlumat yaymadığını bildirib.

AzNews.az