Livanda həbsxanadan 26 məhbus qaçıb

Bekaa vadisindəki Cub Jenin həbsxanasında saxlanılan 26 məhbus səhər saatlarında havalandırma sistemindən qaçıb.

Aznews.az xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

Hadisədən sonra təhlükəsizlik qüvvələrinin başlatdığı əməliyyatda 1 məhbus yaxalanıb.

Hesabatda bildirilirdi ki, qaçan məhbusların əksəriyyəti mal və silah qaçaqmalçılığına görə həbs edilib.

Mövsüm